Maykl Ceksonun həkimi ilk dəfə danışdı

Konrad Mürrey həbsxanadan ilk müsahibəsini verib

Pop-musiqinin kralı Maykl Ceksonun ölümündən günahlandırılan həkimi Konrad Mürrey həbsxanadan ilk müsahibəsini verib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ulduza ölümcül dozada iynə vurmaqda ittiham edilən həkim, israrla günahsız olduğunu deyir.

"Mən günahsızam və bunun üzərində dayanmaqda davam edirəm. Mayklın ölümündən çox təəssüflənirəm. Bu mənim üçün böyük itkidir. Bu yükü uzun zamandır daşıyıram və hələ nə vaxtadək daşıyacağımı bilmirəm. Biz çox yaxşı dost idik."

Xatırladaq ki, 2 apreldə Maykl Ceksonun ölüm işinin dinlənilməsi üçün hakimlərin seçimi olmuşdu. 10 apreldə isə hakimlər heyəti təmamilə müəyyənləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31