AXC dövrünün tarixi sənədi sərgilənir

AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçirilən "Arşın mal alan: dövr, insanlar, personajlar" sərgisində 1919-cu il mayın 27-də, Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyi münasibətilə oynanılmış "Arşın mal alan" operettasının proqramı yer alıb.
Azərbaycan mədəniyyətinin ən gözəl nümunələrindən olan "Arşın mal alan" operettası 1913-cü ildən başlayaraq dəfələrlə tamaşaya qoyulub. 1918-ci ildən başlayaraq Dövlət teatrında mütəmadi olaraq səhnələşdirilmiş operettanın ən möhtəşəm və təntənəli tamaşası 1919-cu il mayın 27-də baş tutmuşdur. Tamaşanın müstəqilliyin 1 illiyinə həsr olunmuş tədbirlər sırasına salınması həm dövlətin milli opera-teatr sənətinə olan diqqətini nümayiş etdirir, həm də "Arşın mal alan"ın tutduğu önəmli yerdən xəbər verir.
Tarixi sənəd ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində mayın 19-dək davam edəcək "Arşın mal alan: dövr, insanlar, personajlar" sərgisində tanış olmaq olar.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31