Rəqqasə Fatimənin ad günü...

Rəqqasə Fatimə  35 yaşına sürprizlərlə qədəm  qoyub. "Olaylar" məlumatına görə,  ad günündə yaxınları onun  evinin qarşısını şamlar, şarlar və hədiyyələrlə bəzəyiblər. Bu sürprizi ona meneceri Ləman Babayeva edib. Bu sürprizdə ona müğənnilər  Günay İbrahimli, Sevinc Ağaşirinova prodüser Təranə Səmədova və prodüseri Aysel də dəstək olub .  Rəqqasə bu günü heç zaman unutmayacağını diqqətə çatdırıb: "Bütün dostlarıma, yəni sürprizi təşkil edənlərə, Ləmana və bu gün mənim evimə təşrif buyuran hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, məni fərqli təbrik etdiniz. Hələ mənim doğum günümdə belə sürprizlə rastlaşmamışdım. Bu sürprizi unutmayacağam". Onu da qeyd edək ki, rəqqasə  ona hədiyyə olunan zinət əşyasına daha çox önəm verdiyini söyləyib: "Mənə verilən hədiyyələr arasında  bir zinət əşyası var . Bunu  mənə özəl olan bir  insan verib, kimliyini söyləməyəcəyəm. Ancaq  demək istəyirəm ki, ən böyük hədiyyəm övladlarımdır ." - deyə rəqqasə bildirib.Şəkillər Fotoqraf Nurlan Alekberova məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31