"Türk rejissorlarının təklifinə dəfələrlə "yox" demişəm!"
İlahə İbadova xarici ölkələrə üz tutan sənətçilərə mesaj göndərdi
3 Aprel 2013 11:59 MədəniyyətMüğənni İlahə İbadova Türkiyənin musiqi şirkətlərindən daha çox yaradıcılıq təklifi alan sənətçilərimizdəndir. Sənətçi ANS PRESS-ə açıqlamasında, mahnılarının aranjeman və səslənməsinin son illər türkiyəlilərə etibar edən sənətçi əməkdaşlıq təkliflərinə ehtiyatla yanaşır. O, düşünür ki, Azərbaycandan xarici ölkələrə üz tutub, yenilik axtaran sənətçilərimizi əcnəbilər göz üstündə tutmurlar: "Elə bilirsiz, burdan başqa ölkəyə gedib, işləmək istəyən sənətçilərimizi gözlərinin üstünə qoyacaqlar? Mən yenilik, fərqlilik etmək üçün xaricilərlə əməkdaşlığa etriaz etmirəm. Sənətim üçün yaxşı nə varsa, məhdudiyyət qoymuram. Amma türk rejissorlarının təklifinə dəfələrlə "yox" demişəm. Çünki onlar qədər klipdən başı çıxan, fantazyasını kino lentə köçürməyi bacaran rejissorlarımız var. Əgər bəzi rejissorlarımız yaxşı klip çəkməyə qadirlərsə, niyə pulu onlara yox, əcnəbilərə qazandırırıq? Yeni mahnım yazılır. Ekran həllini düşündüyüm həmin mahnını məhz yerli rejissora həvalə edəcəm. İnanıram ki, bu klip türk rejissorlarının baha qonorara çəkdiyi kliplərdən heç də geri qalmayacaq" . İlahə İbadova ümid edir ki, mahnılarının aranjemanı və səslənməsi üçün lazım olan texniki avadanlığın imkanlarından respublika civarında bəhrələnərsə, seçimini məhz onlar üzərində dayandıracaq.