Ceksonun anasından 40 milyardlıq məhkəmə iddiası

Los-Ancelesdə mərhum pop-ulduzu Maykl Ceksonun anası Ketrin Ceksonun iddiası əsasında piar-menecer "AEG Live" şirkətinə qarşı məhkəmə prosesi başlayıb.Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, iddia 40 milyard dollardır.
Ketrin Cekson iddia edir ki, şirkət oğlunun ölümündə iştirakda suçlu bilinən "ehtiyatsız" muzdlu həkim tutub,müğənniyə məşqlər zamanı təzyiqlər göstərib. Bütün bu kimi basqı və tələblər qarşılığında Mayklın sağlığında fiziki, psixoloji cəhətdən pozuntular yaranıb."AEG Live" isə suçsuz olduğunda israrlıdır.Maykl Ceksonun şəxsi həkimi Konrad Mürrey müğənnin güclü yuxu dərmanı verdiyi üçün 4 il azadlıqdan məhrum edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31