Tünzalə Ağayeva Almaniyada konsert verəcək

Bu haqda məlumatı "OLAYLAR"a verdiyi açıqlamada Xalq artisti Tünzalə Ağayevanın prodüsseri Yalçın Cabbarov deyib: "Tünzalə xanım İtaliya səfərindən qayıdıb. O, Romada Dünya Gənc Tələbələrinin forumunda konsertlə çıxış edib. Konsertdə Tünzalə xanımla yanaşı Eldar-Nigar, Çingiz və İsveçdə ölkəmizi 58-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək Fərid Məmmədov da çıxış edib. Xanım müğənnimiz bir həftədən sonra isə Türkiyəyə gedərək böyük qurumun tədbirində konsertlə çıxış edəcək. Bundan başqa Tünzalə xanımın mayda Almaniyada solo konserti də olacaq". Yalçın Cabbarov müğənninin səfərləri ilə əlaqədar konsertlərinin təxirə salındığı haqda da danışıb:"Hazırda səfərlərlə əlaqədar bir az yorğunluq olduğu üçün konsertləri sonraya saxlamışıq. Vaxt olsa yəqin ki, mayda caz konsertləri olar". Tünzalə Ağayeva  bundan başqa ekologiya ilə əlaqədar yeni layihə üzərində çalışıb, bu haqda mahnı yazır. Mahnının adı isə hələ də dəqiqləşməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31