“AMİP özünün əvvəlki simalarından nailiyyət gözləmirsə…”
2 Aprel 2013 17:34 Mədəniyyət"Seçkiyə hansı partiyanın hansı sima ilə getməsi bu partiyanın daxili işidir. Əgər AMİP özünün əvvəlki simalarından nailiyyət gözləmirsə və ya daha xarizmatik simaları varsa bu onların hüququdur". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev AMİP sədri Yusif Bağırzadənin "Azərbaycan müxalifəti president seçkilərinə yeni sima ilə getməlidir" fikrinə münasibət bildirərkən səsləndirib. Partiya sədri deyib ki, bu simanın bütov müxalifətə təklif edilməsi həm nəzəri, həm də praktiki cəhətdən mümkün deyil: "Azərbaycanda hər bir syasi partiyada az miqdarda şəxslər var ki, onlar partiyanı faktiki olaraq monopoliyaya alıblar və onlar bu sistemdən maddi cəhətdən faydalanırlar. Ona görə də həmin insanlar imkan verməz ki, yeni kimsə peyda olsun və onların gəlirlərinə şərik çıxsın".