Hülya vəkil tutdu
2 Aprel 2013 17:30 MədəniyyətTürkiyənin məşhur simalarından biri olan müğənni Hülya Avşar 18 yaşı tamam olmayan qızı Zəhranın bir müddət öncə "çay dəmi" olayı ilə əlaqədar mediada şəkillərinin yayılmasının qanuna zidd olduğunu deyib. "OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,12 mart tarixində Zəhranın kafelərin birində sevgilisinin yanında gördüyü gənc qızın üstünə isti çay dəmi tökməsi olayı ilə əlaqədar danışaraq, Zəhranın yaşının 18-dən az olmasının mediada nəzərə alınmadığını və bu vəziyyətdən narahat olduğunu ifadə edib. Olayın baş verməsi anından bu günədək mediada bu tip məlumatların yayılmasının əleyhinə olan müğənni jurnalistlərlə bacarmadığı üçün məsələ ilə əlaqədar məhkəməyə üz tutaraq, vəkil tutub. Vəkil verdiyi ifadədə olayın baş verməsindən sonra Zəhranın Uşaqların Mühafizəsi Şöbəsində dindirilməsi haqda danışaraq mediada onun adının tam olaraq yazılmasının, hətta şəklinin belə göstərilməsinin jurnalistikanın qanunlarına zidd olduğunu söyləyib.