Barışıq xəbəri yalan çıxdı...

Natəvan Həbibi Aygün Kazımova ilə barışmadığını deyir

Xalq artisti Aygün Kazımova və müğənni Natəvan Həbibinin barışması ilə bağlı mətbuatda çıxan xəbərlər təsdiqini tapmayıb.ANS PRESS-in məlumatına görə, Natəvan Space TV-nin "Plyus-Minus" verilişinə açıqlamasında yayılan söz-söhbətin yalan olduğunu deyib:"Kiminləsə barışmaq mənlik deyil. Küsülü olduğum insan bunu istəyə bilər, amma əsas mənim barışıb-barışmayacağımdır. O ki qaldı sizin dediyiniz barışığa, bu, heç vaxt gerçəkləşməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31