Nadirin barışıq təklifinə Flora xanım cavab verdi

Nadir Qafarzadənin Flora xanıma barışıq təklifinə qarşı tərəf “OLAYLAR” vasitəsi ilə cavab verdi

"Mən uzanan əlləri qırmıram. Amma ürəyim ağlıma əziyyət verir. Bu haqda yalnız bunu deyə bilərəm. Hərə necə istəyir başa düşsün".
Xatırladaq ki, müğənni Nadir Qafarzadə mediaya verdiyi açıqlamalarının birində Xalq artisti Flora Kərimova ilə barışmaq istədiyini demişdi: "Mən Flora xanımı çox istəyirəm, o da məni çox istəyir. Sadəcə, o məni başqası ilə paylaşmaq istəmədiyindən aramızda inciklik yarandı. O məndən incidi, mən ondan yox. Mən Flora xanımın evində olmuşam, çörəyini yemişəm. Klip çəkimləri zamanı o öz hamam otağında başıma su töküb, yumuşam. Mənə analıq edib, mən onun haqqını itirə bilmərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31