Gənc alimlər üçün müsabiqə keçirilir

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alimlər Şurası ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə institutda çalışan gənc elmi işçilər və doktorantlar arasında ən yaxşı elmi məqalə müsabiqəsi elan edib. AMEA informasiya xidmətinin məlumatına görə, məqalə elmi işçi və doktorantların elmi-tədqiqat mövzularına, həmçinin kimyanın aktual problemlərinə həsr olunmalıdır. Məqalələr institutun Elmi Şurası tərəfindən qiymətləndiriləcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31