“Məhsəti Gəncəvi: Rübaidən rübaiyə” adlı kitab işıq üzü görüb

AR Mədəniyyət və Turizm Nazirliyi və AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin birgə təşkilatçılığı ilə "Məhsəti Gəncəvi: Rübaidən rübaiyə" adlı kitab nəşr olunub.Kitabın müəllifi AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovdur.Nəşrdə ilk dəfə Məhsəti Gəncəvi rübailərinin Azərbaycan dilinə bugünə qədər mövcud olan bütün tərcümələrindən seçmələr toplanıb. Müəllif kitabda dahi Nizaminin müasiri olan Məhsəti Gəncəvinin yüksək poetik istedad sahibi olduğunu qeyd edir, fərqli zamanlarda xarici tədqiqatçıların şairə ilə bağlı maraqlı araşdırmalarını təqdim edir. Yeni nəşrdə həmçinin, Məhsəti Gəncəviyə həsr olunmuş ədəbi-bədii əsərlərdən də nümunələr yer almışdır. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31