Azərbaycanlı müğənni xristianlığı qəbul etdi VIDEO

Daniel York səhnə adı ilə Rusiyada fəaliyyət göstərən Fuad Mustafazadə dinini dəyişib

Bütün dünyanın İslam dininin qarşısında baş əydiyi bir dövrdə Azərbaycanlı müğənni xristianlığı qəbul edib. ANS PRESS-in məlumatına görə, söhbət Daniel York səhnə adı ilə Rusiya şou-biznesinə qatılan Fuad Mustafazadədən gedir. Sözügedən ifaçı haqqında dünən saytımızda "Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilə bilər" başlıqlı (http://anspress.com/index.php?a=2&lng=az&nid=195163) yazı getmişdi. İfaçı özü saytımızla əlaqə saxlayıb 5 illik müqavilə bağladığı moskvalı prodüserlə məhkəmə qalmaqalı barədə bizə açıqlama vermişdi. İfaçı haqqında bir balaca məlumat əldə etmək istədiyimizdə təəssüf doğurucu faktla qarşılaşdıq. Sən demə, adını da dəyişib Daniyel York edən edən Fuad Mustafazadə dini etiqadını da dəyişibmiş. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31