Tanınmış serial aktyoru vəfat edib
Azərbaycan tamaşaçıları onu “Böyük yalan” serialında Həsən obrazıyla tanımışdı
2 Aprel 2013 09:49 MədəniyyətTürkiyənin tanınmış aktyoru və rejissoru, Azərbaycan tamaşaçılarının əsasən "Böyük yalan" serialında Həsən (Reyhanın atası) obrazıyla tanıdığı Yaşar Güner vəfat edib. Bir çox film və seriallarda çəkilmiş aktyor eyni zamanda bəzi filmlərin ssenari müəllifi və rejissoru da olub. Ölüm səbəbi bilinməyən 70 yaşlı aktyor üçün bu gün İstanbul "Teşvikiye" məscidində cənazə mərasimi keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31