Məşhur türk müğənninin konsertində faciə: ölən var
Binanın damından afişa asaraq yıxılan fəhlə ölüb
2 Aprel 2013 09:47 MədəniyyətTürkiyənin tanınmış müğənnisi Nilüferin "Döş xərçəngində erkən diaqnoz" tədbirləri çərçivəsində keçirəcəyi konsertdə faciə baş verib. Məlumata görə, konsertin keçiriləcəyi binanın damından "30 beynəlxalq Ankara musiqi festivalı" yazılmış afişanı asan 33 yaşlı fəhlə müvazinətini itirərək yıxılıb. Yerə çaxılaraq ağır xəsarət alan Kamal Ünlü hadisə yerində ölüb. Baş vermiş faciə səbəbindən konsert təxirə salınıb.Müğənni Nİlüfər isə baş verənlərə görə çox kədərləndiyini deyib. "Bu gün Ankarada çox gözəl konsert olmalı idi. Təəssüf ki, faciəvi iş qəzası səbəbindən işçilərdən birini itirdik. Kədərimi kəlmələrlə ifadə edə bilmirəm. Allahdan rəhmət, yaxınlarına başsağlığı arzulayıram".Xatırladaq ki, bir müddət əvvəl müğənni Nilüfer də döş xərçəginə yaxalanmış, uzun müalicə prosesindən sonra səhhətinə qovuşmuşdu.