Fərhad Göçer: “Onların işi hürməkdir”

Türkiyədə yayımlanan reklam şirkətlərindən birinin məhsulu üçün “Memleketim” mahnısını səsləndirən Ferhat Göçer ona qarşı tənqidi mövqedə dayananlara sərt ismarıc göndərib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, reklamın yayımından sonra hətta həmkarlarının da qınaq obyektinə çevrilən müğənni "onlar itdilər, işləri də it kimi hürməkdir" deməklə bu şəxslərə "havlayan köpeye daş atma" şeirini həsr edib. Qeyd edək ki, reklam şirkətlərindən birinin məhsulu üçün çəkilən çarxda qınaq obyektinə çevrilən əsas amil müğənninin çığıraraq mahnı ifa etməsi olub. Etirazlar isə ilk olaraq "Tvitter" sosial şəbəkəsinin istifadəçiləri tərəfindən gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31