MİRAS açıq havada qiraət günü təşkil edir

1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarıyla 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Günü kimi qeyd olunmağa başlayıb. Məsələ ondadır ki, aprelin 2-i məşhur nağıl yazarı Hans Xristian Andersenin doğum günüdür. Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman istəyib.
Hər il bütün dünyanın bu günü qeyd etməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi də həmin məqsədin aktuallığını nəzərə alaraq, Beynəlxalq Uşaq Kitabı günü münasibətilə açıq havada qiraət təşkil edir.
Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə əməkdaşlıqda təşkil olunacaq tədbir 2013-cü il aprelin 3-də gerçəkləşəcək. Belə ki, MİRAS İB-nin çap məhsulları, üzvlərin əl işləri, eləcə də kitabxananın təqdim etdiyi müxtəlif uşaq kitabları, oxucuların yaradıcılığının məhsulu olan rəsmlər və s. Nizami rayonundakı Heydər Əliyev parkında sərgilənəcək. Tədbirə dəvət olunan qonaqlara, rayon məktəblərinin şagirdlərinə, parka dincəlməyə gələn şəhər sakinlərinə elə parkdaca kitab oxumaq, yeni nəşrlərlə tanış olmaq təklif olunacaq.
Maraqlananların, MİRAS İB-ə üzv və Nizami MKS-ə oxucu olaraq qəbul olunması da nəzərdə tutulur.
KİV təmsilçilərini tədbirimizi işıqlandırmağa dəvət edirik.
Tədbir Heydər Əliyev parkında (Xalqlar dostluğu metrosu, Laçın iniversamı ilə üzbəüz) 3 Aprel 2013-cü il saat 11.00-da başlayacaq.
Əlaqə: 050752 42 20, Nicat Nuriyev, MİRAS İB Uşaq və Gənclərlə iş şöbəsinin müdiri.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31