Nazpəri İlhamə Quliyeva ilə bağlı şok açıqlamalara hazırlaşır
1 Aprel 2013 14:30 MədəniyyətXalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın arasında başlayan müharibə yeni mərhələyə qədəm qoyur. "Qafqazinfo" xəbər verir ki, qalmaqalın yeni mərhələsi Nazpəri Dostəliyevanın "Primadonna" haqqında şok açıqlamaları ilə başlayacaq.
Belə ki, yaxın günlərdə Nazpəri xanım mətbuat konfransı keçirərək bütün jurnalistləri başına toplamaq niyyətindədir. O, konfransda xanım Quliyevanın ünvanına sərt ittihamlar səsləndirərək şok açıqlamalar verəcək. Konfransın bu həftə ərzində baş tutacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31