Məryəm Əlibəyli “Junior Eurovision” müsabiqəsinin ölkəmizdəki mərhələsindən gileyləndi
“Təcrübəsiz, hazırlıqsız insanlar göndərildikdə belə də olmalı idi”
1 Aprel 2013 14:18 MədəniyyətBu sözləri "OLAYLAR"a verdiyi açıqlamada "Can Bala" kimi məşhur qrupların rəhbəri Məryəm Əlibəyli deyib. Növbəti "Junior Eurovision" mahnı müsabiqəsinə hazırlaşdıqlarını deyən M.Əlibəyli bu haqda müsabiqənin ölkəmizdəki seçmə turları haqda belə danışıb: "Azərbaycan 2008-ci ildə ilk dəfə olaraq uşaqlar üçün nəzərdə tutulan "Junior Eurovision" mahnı müsabiqəsində iştirak etməli idi. Bu müsabiqədən danışanda hamı "Can bala" qrupunun ölkəmizi təmsil etməyə layiq olduğunu deyirdi. Həmin il müəyyən problemlər yarandı, uşaqlar böyüdükləri üçün də müsabiqədə iştirak etmələri mümkünsüz oldu. Növbə "Noğullar" qrupuna çatdı. Qrupun üzvləri hərtərəfli istedada sahibdilər. Bu il müəmmalı şəkildə seçmə turlar keçirildi. Bizə turlar haqda normal söz də demədilər. Bir günün içində hər şey həll olundu. Nəticəni də gördünüz. Azərbaycan sondan ya ikinci, ya da ki, birinci yerdə idi. Təcrübəsiz, hazırlıqsız insanlar göndərildikdə belə də olmalı idi. Bir günə dəvət etdilər, beş dəqiqəlik çəkiliş oldu, beş-altı nömrə dinlədilər, sona da bu nəticə çıxdı. Mən heç o ifaçıları da tanımırdım. Əslində seçim turunda Oqtay Zülfiqarov, mən münsiflər heyətində yer almalı idik. Bu il üçün biz tam olaraq hazır vəziyyətdəyik".