Azərbaycan ədəbiyyatında mübariz qadın obrazı

14 iyun tarixdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Azərbaycan ədəbiyyatında mübariz qadın obrazı və qadın şairlərimiz" mövzusunda respublika konfransı keçiriləcək. AMEA mətbuat xidmətinin məlumatına görə, konfrans Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında" 4 mart 2013-cü il tarixli Sərəncamına əsasən keçiriləcək. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31