Tatlısəs artıq alverlə də məşğuldur

İmperator iqtisadi böhrandan çıxmaq üçün ticarətə girişdi

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "İmperator" ləqəbi ilə tanınan müğənni iqtisadi böhrandan xilas olmaq üçün 3 il öncə 5.5 milyon dollara aldığı Havker Beachcraft markalı şəxsi təyyarəsini auksiona çıxarıb. Təyyarənin satılmamasını görən Tatlısəs daha sonra bu qiyməti 2.5 milyon dollaradək endirib. Müğənni bu vəziyyətdən xilas olmaq və maddi sıxıntısını önləmək üçün şəxsi telekanalını satmaq haqda da düşünüb. O, Tatlısəs Tv-ni satmaq üçün on beş milyondan dollardan dörd milyon türk lirəsinə qədər qiyməti endirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31