Rihanna qəribə tələblər irəli sürdü
Dünyaca məşhur müğənni Rihanna bu dəfə də İstanbul konserti öncəsində qəribə tələbləri ilə diqqət çəkib
29 Mart 2013 17:23 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni İstanbula gəlməzdən öncə bir neçə "maddə"dən ibarət tələblərini açıqlayıb. Belə ki, müğənnini Türkiyədə gəzdirəcək sürücünün yaşı 25-dən az olmamalı, səliqəli geyinməli, sığortalanmalı, bundan öncə də hansısa məşhura xidmət etməli və ingiliscə danışmağı bacarmalıdır. Bundan başqa Rihanna ona xidmət etmək üçün iki "cip"ə ehtiyacı olduğunu söyləyib. Avtomobillər dörd oturacaqlı və rahat olması ilə diqqət çəkməli və qara pərdəli olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31