“Elza Seyidcahan “ha ha ha, hu hu hu”dan başqa heç nə bilmir”

Əli Mirəliyev: “Onlar pulun xətrinə bütün yollara gedirlər, amma mən getməyəcəm”

"Elza Seyidcahandan bu cavabdan başqa nə gözləmək olardı?! Elza heç vaxt deyə bilməz ki, Əli Mirəliyev gözəl sənətkardır, televiziyalarımızın gözüdür, Azərbaycan musiqisinin varlığının qorunması üçün mübarizə aparan insandır. Elza kimilərə görə Əli Mirəliyev çoxdan unudulub". Xalq artisti Əli Mirəliyev müğənni Elza Seyidcahanın onu "unudulmuş" adlandırmasına münasibət bildirərkən deyib. Ə.Mirəliyevin sözlərinə görə musiqidən başı çıxmayan insanlar tarixə qara kölgə, qara xətt kimi düşəcəklər: "Elza kimi insanlar Azərbaycan musiqisini yaşada bilməyəcəklər. Bizi elə bu günə salan Elza kimilərdir. O, "ha ha ha, hu hu hu"dan başqa heç nə bilmir. Bu insanları ələ salmaqdır. Elzadan mən bundan da artıq pis söz gözləyirəm. Mən heç kəsin düşməni deyiləm, öz xalqımın balasıyam. Mən azərbaycanlıyam, mənim öz musiqim, öz dilim var. Onlar pulun xətrinə bütün yollara gedirlər, amma mən getməyəcəm". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31