Gülben Ergen hindistanlı oldu
Məşhur müğənni Gülben Ergen hind qızları kimi geyinərək, çəkdirdiyi şəkilləri mediada yaydı
29 Mart 2013 16:55 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hər zaman Hindistana səfər etməyi arzulayan müğənni nəhayət ki, bu arzusuna çatdı. Gülben Ergen qatıldığı festivalda hind qızları kimi geyinib. Happy Holi Festivalında iştirak edən müğənni karnaval iştirakçıları və dostları ilə birgə bu ölkədə unudulmaz anlar yaşayıb. Sosial şəbəkədəki səhifəsində Hindistan səfəri haqda məlumatları və fotolarını yerləşdirən Ergen bu ölkədə olmaqla uşaqlıq arzusuna qovuşduğunu yazıb. Üzünü boyayan müğənni çəkdirdiyi şəkilləri də ilk olaraq İnstiqram sosial şəbəkəsində yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31