Elzadan yeni “Lütf” layihəsi

Müğənni Elza Seyidcahan bu dəfə sevənlərini “Lütf” layihəsi ilə sevindirəcək

Bu haqda məlumatı Elza Seyidcahan "OLAYLAR"a verdiyi açıqlamasında deyib: "Yaxın günlərdə "Lütf" layihəsini təqdim edəcəyəm. Konsertdə bir çox sevilən müğənnilər də iştirak edəcək. Hazırda "Lütf" sivilizasiyası dövründə yaşayırıq. İnsanlar heç vaxt indiki kimi sərbəst olmayıblar. Həmişə qanun çərçivəsində yaşamalı olublar. "Lütf" dövründə insanlar sınaqdan yaxşı çıxsalar "Padşahlıq" dövründə Allahın padşahlığına qalxacaqlar. Bu haqda mən öz musiqilərimdə də danışacağam. Hazırda konsertə hazırlıq görülür. Ola bilər ki, konsert başqa ölkədə də yayımlansın".

Bundan başqa müğənni son zamanlar mediada onun haqda yayılan "kreslolara konsert" xəbərlərinə də münasibətini bildirib: "O, savadsız düşünən insanların sözləridir. Belə şey yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31