Günay Musayeva bikinidə poza verdi... VIDEO

Modelimiz dünyaca məşhir teleyarışmaya qatılır

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın bikinidə fotoları Türkiyədə mətbuatında yer alıb. ANS PRESS-in məlumatına görə, buna səbəb modelimizin dünyaca məşhur "Mən burdan atlarım" layihəsinin Türkiyə versiyasında iştirak etməsidir.
Günayla birlikdə "Show TV"də yayımlanacaq yarışmaya Atilla Taş, Sema Çelebi, Asena, Semiha Yankı, Tuğba Özay, Verda Penso, Leyla Bilginel, Gökhan Taşkın, Önder Bekensir, Bayhan, Tony Hill, Timur Kunt və Serkan Tanırgan kimi məşhur simalar qatılacaq. Yayımlandığı bütün ölkələrdə izlənmə rekordları qıran bu layihədə məşhur simalar 3, 5, 6, və 10 metr hündürlükdən hovuza atlanacaqlar.
Layihə ilə bağlı model uzun müddətdir ki, atletika dərsləri alan model, "Yarışmanı mən qazanacam" deyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31