Elza Seyidcahandan Əli Mirəliyevə sərt ismarıc

“Unudulmuş insanlar haqda danışmayacağam”

Müğənni Elza Seyidcahan Əli Mirəliyevin "Elzanın səsi yoxdur, onun səsi sıfırdır" fikrinə "OLAYLAR" vasitəsilə münasibətini bildirib: "Unudulmuş insanlar haqda danışmaq istəmirəm. Onlar unudulublar. Onlar haqda  danışıb gündəmə gətirmək istəmirəm. Özünü unutduran, unudulan kəslər haqda danımağa ehtiyac yoxdur. Xoşagəlməz şeyləri xatırlamaq niyyətində də deyiləm".

Xatırladaq ki, müğənni Əli Mirəliyev "OLAYLAR"a verdiyi açıqlamasında Elza Seyidcahanın səsinin olmadığını, müğənninin mahnılarını özü yazıb, özü də oxuması ilə gözdən düşdüyünü söyləyib: "Musiqimizi çox cılızlaşdırmışıq. Pişiklərə, heyvanlara konsertlər verirlər. Bu biabırçılıqdı. Elza bilinmir bəstəkardı, ya müğənni. Sənin nə mahnın var ki? Özün yazıb, özün ifa etməklə xalqın gözündən düşmüsən. Bundan sonra nə qədər yazsan da faydası yoxdur. Elzanın səsi yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31