Ekstrasensin şou-bizneslə bağlı şok açıqlamaları

Aygün Kazımova bütün varını-yoxunu satıb müflisləşəcək

Ekstrasens Nadim Əlixanov 2013-2014-cü illərdə şou-biznes əhlini gözləyən hadisələr haqqında maraqlı açıqlamalar verib. Ekstrasens "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu il müğənnilər Zamiq, Röya və Safura üçün çox uğurlu olacaq:
"Zamiq xarici ölkələrdə konsertlər verəcək. Aygün Kazımova isə müflisləşəcək. Xalq artisti bütün varını-yoxunu sataraq gündəmdə olmağa çalışacaq. Çünki o, reklam olunmağı çox xoşlayır. "ATV" telekanalının aparıcısı Kamilə isə ana olacaq. Hazırda həmin xanım bunu heç kəsə söyləmir".
Bu il İsveçdə keçiriləcək Eurovision müsabiqəsi ilə bağlı da proqnozlar verən N. Əlixanov İspaniya, İtaliya və ya İsrailin qalib olacağını ehtimal etdiyini söyləyib: "Azərbaycan 7-12-ci sırada qərarlaşacaq. Ermənistan da müsabiqəyə çox ciddi hazırlaşacaq, amma birinci yeri qazana bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31