Sərdar Ortaç səhvini etiraf etdi

Türkiyənin məşhur müğənnisi Sərdar Ortac Popstar Alaturka mahnı yarışmasının canlı yayımında bir zamanlar kürdlər haqda səhv təfəkkürə malik olduğu haqda danışıb

"OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, münsiflər heyətində əyləşən müğənni belarus iştirakçının çıxışından sonra 1999-cu ildə Maqazin Jurnalistlərinin Mükafatlandırılma Mərasimində baş verənləri xatırlayıb. O, Ahmet Kayanın mükafatlandırıldıqdan sonra çıxışındakı "kürd dilində albom buraxacam. Kimin cəsarəti çatır bu albomu yayımlasın" sözlərinə  görə təqiblərə məruz qaldığını deyərək, özünün də o zamanlar səhv düşündüyünü etiraf edib: "O zamanlar mənim də başıma, düşüncə tərzimə təsirlər olmuşdu. Mən də səhv düşünürdüm. Amma güman edirəm ki, nə vaxtsa elə bu müsabiqədə də kürd yarışmaçı öz dilində mahnı oxuya biləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31