İki xanım müğənninin həbsxanadakı "Gangnam style" şousu

İki tanınmış müğənni- Zarina Məmmədova və Günay İbrahimli Penitensiar Xidmətin tərbiyə müəssisəsində konsert proqramı ilə çıxış ediblər. Tanınmış şair Cəlal Qurbanovun təşəbbüsü ilə uşaq koloniyasına yollanan gənc müğənnilər onları Novruz bayramı münasibəti ilə təbrik etdilər.Müəssisədə əsl şou nümayiş etdirən xanımlar məşhur mahnılarını ifa etdilər və müxtəlif təamlarla onları sevindirlər.Ən maraqlı məqamlardan biri Günay İbrahimlinin məşhur "Gangnam style" mahnısını yeni üslübda ifa etməsi oldu. Günaya qoşulan Zarina uşaqları rəqsə dəvət edib az qala bütün dünyanın əzbər bildiyi rəqsi nümayiş etdilər.Müəssisə sakinləri istədikləri mahnıları sifariş verib, müğənnilərlə birgə ifa etdilər. Ən həssas məqam isə məhkum Amilin Zarina ilə birgə duet oxuması oldu. Türk ifaçısı Ümid Sayınlar Zarinanın birgə ifasında səslənən "Kader utansın" mahnısını çox sevən Amil özü müğənnimizlə oxudu.Sonda Günayla Zarina birgə duet də səsləndirdilər.Mərasimdə baş verən ən maraqlı anları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31