“Mahmud və Məryəm” Berlində təqdim olundu

Olaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə və Azərbaycanın birgə əməkdaşlığı sayəsində ərsəyə gətirilən "Mahmud Məryəm" filmi Berlində təqdim edilib. Alhambra teatrında keçirilən təqdimatda filmin əsas oyunçuları Aras Bulud İynemli, Eva Dedeova və Tomris İncer iştirak ediblər. "Böyük səylər sayəsində film ərsəyə gəldi və biz ümid edirik ki, hər kəs filmi izləməkdən zövq alacaq"-filmin təqdimatında İncer bildirib. "Filmin çəkilişləri zamanı böyük əziyyətlərə qatlaşdıq. Güman edirik ki, bu iş üçün tər tökməyimizə dəyər. Biz fəxr edirik ki, belə bir film ərsəyə gətirmişik" - deyə Aras Bulud İynemli bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31