Ancelina Coli müharibə zonasına səfər edib

Olaylar İA Press TV-yə istinadən xəbər verir ki, dünyaca məşhur aktrisa, Hollivud ulduzu, BMT İnsan Hüquqları səfiri Ancelina Coli Böyük Britaniyanın baş naziri Villiam Haque ilə birlikdə baş verən konfliktlər nəticəsində qadınlara zorakılığı ön plana çıxarmaq məqsədilə Cənubi Afrikaya səfər edib. Bu, aktrisanın müharibə zonalarına ilk səfəri deyil. O, dəfələrlə Böyük Britaniya diplomatları ilə birlikdə qadın zorakılığına qarşı ictimai diqqəti cəlb etmək məqsədilə Liviya, Mali, Suriya kimi müharibə zonalarına səfər edib.

"Ruand genosidi zamanı zorakılığa məruz qalan yüz minlərlə qadın var. Konqoda zorlanan yüz minlərlə insan var. Bosniyada on minlərlə qadın zorakılığa məruz qalıb. Allah bilir, Suriyada neçə insan zorakılığa məruz qalıb" - deyə Hollivud ulduzu bildirib. Aktrisa insan hüquqlarını müdafiə etmək məqsədi ilə Böyük Britaniya hökuməti ilə "Cəzasızlığa son" adı altında hərakat başlamaq istədiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31