“Yaprak Dökümü”nün Əlirzasından etiraz
türkiyənin məşhur serialı “Yaprak Dökümü”ndə Əlirzanı canlandıran, həmçinin Azərbaycan serialı “Acılar Bitməz”də rol alan məşhur aktyor Halil Ergün bugünki kürd seriallarını bəyənmədiyini söyləyib
28 Mart 2013 16:02 Mədəniyyət"OLAYLAR" Türkiyə mətbuatına istinadən Halil Ergünün kürd məsələsi və bu gün çəkilən kürd filmlərinə münasibəti haqda məşhur türk dərgilərindən birinə verdiyi açıqlamanı sizə təqdim edir: "Bu gün kürdlər haqda həqiqəti demək imkanımız yoxdur. Hazırda çəkilən kürd seriallarını da bəyənmirəm. Yetmişinci illərdə rejissor Yılmaz Güneyin fəaliyyəti diqqət çəkib. Lakin o, o zamanlar da kürd filmlərində kürd məsələsinə, əsas siyasi problemlərə toxuna bilmirdi. Bir rejissor kimi onun fəaliyyətini bəyənirəm. Sonradan onun yaratdığı "Keko" qəhrəmanı ilə insanımızın acısı,əzilməsi, haqqının tapdalanması kimi önəmli məsələlər işıqlandırıldı. Bundan sonra hər kəs onu qəbul etdi. Mustafa Kamal Atatürkün şəkli dağlıq rayonlardakı evlərdə yox idi. Çünki Atatürkün şəkli evlərə afişa olaraq girməmişdir. Amma dağlıq rayonlarda yaşayan sakinlər evlərində Yılmazın, bir də Ecevitin şəklini görmək olardı. Yılmaz uşaq oyuncağı deyil, o, həqiqətən də bu vətən üçün böyük işlər görən önəmli şəxslərdən biridir. Lakin onu kürdlər haqda film çəkən ilk rejissor adlandıra bilmərəm. Hazırda kürd filmləri çəkmək, kürdlərin problemlərini qabartmaq yasaqdır. Bu gün çəkilən kürd filmləri çox bəsitdir. Çəkilən filmlər qısa hekayələrdən ibarətdir. Qanın, göz yaşlarının meydan suladığı, 30 minə yaxın kürdün olduğu bir ölkədə belə film çəkmək olar?"