Şakiranı fanatların hücumundan mühafizəçilər qorudu...

Ulduz ifaçı Parisdə yeni parfümünü təqdim etdi

Məşhur kolumbiyalı müğənni Şakira parfüm biznesində dünyaya meydan oxuyan Fransada yeni parfümlərini təqdim edib. ANS PRESS-in dünya KİV-lərinə istinadən verdiyi məlumata görə, ulduz müğənni Parisə İspaniya yığmasının müdafiəçisi olan əri Xerard Pike ilə birlikdə gedib.
"S" və "S by Shakira Eau Florale'" ətirlərinin təqdimat mərasimi Parisin məşhur "Champs Elysees" küçəsində yerləşən "Sephora" mağazasında keçirilib. Minlərlə fanat mühafizəçiləri yarıb Şakiraya yaxınlaşmağa cəhd göstəriblər. Təqdimat mərasimindən sonra Şakira 2 saat ərzində avtoqraf verib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31