Röya və Aygün Kazımovaya pis xəbər VIDEO

Sənətçilərimizin adı artıq Türkiyə Müzik Ödüllərinə namizədlər arasında yoxdur

Türkiyə şou-biznesinə qatılmaq iddiasında olan Aygün Kazımova və Röya qardaş ölkədə ilk ən böyük uğursuzluqlarını yaşayırlar. ANS PRESS-in məlumatına görə, azərbaycanlı müğənnilərin də namizəd olduqları Türkiyə Musiqi Mükafatlarının (Türkiyə Müzik Ödülleri) 12 aprel 2013 tarixində İstanbul Konqres Mərkəzində gerçəkləşəcək Qala gecəsi onlarsız keçəcək. Sənətçilərimizin namizədliyi təxminən 2 ay əvvəl "Ən yaxşı qadın ifaçısı" və "Ən yaxşı sinql" nominasiyaları üzrə irəli sürülmüşdü.
Aygün Kazımova ilə Röya sözügedən mükafata namizədliyi irəli sürülən ilk Azərbaycan sənətçiləri kimi tarixə düşsələr də, mükafatı almaq onlara qismət olmadı. Beləki, azərbaycanlı sənətçilərin adı mükafatın http://www.turkiyemuzikodulleri.com/ ünvanlı rəsmi internet saytında yerdə qalan namizədlər arasında sənətçilərimizin adı yoxdur.
Bəzi mənbələrin söylədiklərinə görə azəebaycanlı sənətçilər özlərinə səs verdikləri üçün adları namizədlər siyahısından çıxarılıb. Amma onu da qeyd edək ki, Aygün Kazımova hələ bir ay bundan əvvəl mətbuata açıqlamasında ilk beşliyə düşəcəyinə inanmadığını demişdi: "İlin qadın müğənnisi və ən yaxşı sinql nominasiyaları siyahısında elə sevilib-seçilən Türkiyə müğənniləri var ki, onlarla yarışmaq asan olmayacaq. Açığını deyim ki, ilk beşliyə düşəcəyimə inanmıram. Məsələyə real yanaşıram. Çox güclü rəqabət var və bunu özüm üçün problem də saymıram. Düşünürəm ki, etdiklərim Türkiyənin ən yaxşı qadın müğənnisi olmaq üçün azdır. Bizim namizədliyimizin özü bir il ərzində görülən işlərin nəticəsidir."

Bu gün Türkiyənin ən prestijli mükafat mərasimlərinin başında duran Kral Musiqi Mükafatları, tam 18 ildir musiqi sektorunun nəbzini tutur və hər il türk müsiqisevərləri bir tərəfdən yeni sənətçilərlə tanış edərkən, prodüserlərin, sənətçilərin və musiqi sektorunun bütün üzvlərinin əldə etdiyi uğurlu işlərin xalq tərəfindən mükafatlandırılmasına vasitəçilik edir.

Kral Muzik Mükafatları son bir ildə yazılan musiqi əsərlərinin, ən çox dinlənilən mahnıların və ən yaxşı ifaçıların seçməsilə 200 nəfərdən ibarət peşəkar münsif və xalqın səsverməsilə təyin olunur.

1994-cü İldən bəri Kral Qrupunun 18 il hər il təşkil etdiyi Musiqi Mükafatlarının adı, məzmun və əhatəsinin geniş sfera alması səbəbilə Türkiyə Musiqi Mükafatları (TMM) adı ilə təqdim ediləcək.

Türkiyə Musiqi Mükafatlarının Qala gecəsi 12 aprel 2013 tarixində İstanbul Konqres Mərkəzində gerçəkləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31