Rövşən: “... tamaşaçılar məni heç tanımasın”

Müğənni imicindəki dəyişikliklər və son fəaliyytəi haqda “OLAYLAR”a açıqlama verib

İmicində dəyişiklik edən məşhur müğənni Rövşən Civişov tamaşaçıların onu tanıya bilməyəcəyi görünüşə sahib olduğunu deyib: "İmicimi dəyişdirib, yeni fotosessiyalar etmişəm. Ola bilər ki, tamaşaçılar məni heç tanımasın". Müğənni imicindəki dəyişikliklərə əsas səbəb kimi albom təqdimatı ərəfəsində yeni fotosessiyaların edilməsini göstərib: "Artıq bir albomluq mahnım var. Düşünürəm ki, albom təqdim etməyin zamanı yetişib. Məclislərə də gedəndə məndən albom istəyirlər. Artıq yeni fotossesiyalarım hazırlanır. İmicimdə də dəyişiklik etmişəm. Saçım həm qısalıb, həm də düzləşib. Hətta məni görüb tanımayanlar da olub. Çünki saçımı düzləşdirəndə tanınmaz oluram". Albomun adına gəldikdə isə, müğənni bu haqda belə danışıb: "Unutmaram" və Flora xanımla ifa etdiyim  "Bu sevgiyə dözüm yox" adları arasında seçim edəcəyəm. Hələ ki, bir qərara gəlməmişəm". Rövşən Civişov bundan başqa son fəaliyyəti haqda da açıqlama verib: "Yaxın günlərdə musiqisi və sözləri Tural Bakuviyə aid "Olsun" mahnısını tamaşaçılara təqdim edəcəyəm. Bu ifanın ilin ən uğurlu mahnılarından biri olacağına inanıram. Mahnının təqdimatından sonra ona klip də çəkdirəcəyik". Müğənni türkiyənin məşhur aktrisası Beren Saatla birgə çəkiləcəyi serialın çəkilişləri haqda da danışıb: "Martın sonları, aprelin əvvəlləri üçün Türkiyəyə gedəcəyəm. Serial haqda daha ətraflı ora getdikdən sonra məlumat verəcəyəm. Ola bilər ki, bir neçə ay Türkiyədə qalım. Bu müddət ərzində məşhur simalarla görüşlərim də nəzərdə tutulub. Müəyyən layihələr və yeni duetlər olacaq. Bundan başqa telekanallarda canlı yayımlara da dəvət almışam. Bəzi müğənnilər kimi yalandan danışmağı sevmirəm. Müəyyən işlər görüldükdən sonra bu haqda  ətraflı məlumat verəcəyəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31