Eldar Qasımov İtaliyada konsert proqramı ilə çıxış edəcək
27 Mart 2013 19:45 Mədəniyyət"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi, azərbaycanlı müğənni Eldar Qasımov İtaliyada konsert proqramı ilə çıxış edəcək. Publika.Az-ın məlumatına görə, martın 28-29-da İtaliyanın paytaxtı Roma şəhərində "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" -un (ASAIF)"Azərbaycan 2020: Gənclərin Baxışı" - "Azerbaijan 2020 - Youth Vision" adlı növbəti forumu keçiriləcək. Bu tədbir çərçivəsində böyük konsert təşkil olunacaq. Eldar artıq Romadadır və səhnə çıxışı üçün məşqlər edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31