Cem Yılmaz konfransda atalıq hissindən danışacaq

Türkiyənin məşhur komediya artisti Cem Yılmaz 28 martda təşkil olunacaq konfransda oğlu Kamalla keçirdiyi günlərdən və atalıq təcrübəsindən danışacaq

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir sıra sosial yönümlü QHT-lər, həmçinin Ana Uşaq Təhsili Mərkəzi tərəfindən təşkil edilən elmi konfransa komediya ulduzu Cem Yılmaz da dəvət olunub. Doqquz ay öncə ata olan Yılmaz cinsi bərabərlik, problemlər və onların həlli yolları haqda konfransda təşkil edilən müzakirələrdə iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31