“Qızımın atası İbodur”

Dilan Çıtakın İbrahim Tatlısəsin qızı olması haqda yenidən Türkiyə mediasında xəbərlər yayıldı

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İbrahim Tatlısəsin "Kara Zindan" filmində assisent olan İşıl Çitak ilk dəfə 8 fevral 1990-cı il tarixində qızı Dilanın atası hesab etdiyi müğənniyə qarşı məhkəmədə şikayətçi olub. O, zamanlar "heç bir maddiyat tələb etmirəm. Sadəcə atalıq hüququnu qəbul etsin" deyərək mediaya açıqlama verən İşıl Tatlısəslə 1988-ci ildə otellərin birində yataqda olduğunu iddia edir. Artıq bu hadisənin üstündən iyirmi ildən artıq müddət keçməsinə baxmayaraq Dilanın Tatlısəsin qızı olması haqda məlumatlar yenidən mediada gündəmə gəlib. Bu məsələ ilə əlaqədar məhkəməyə üz tutan tərəflər arasındakı münaqişə isə həll olunub. İbrahim Tatlısəsin vəkili isə bu haqda belə açıqlama verib: "Tərəflər arasındakı münaqişə başa çatıb. DNT testi nəticəsində, qızın Tatlısəsdən olmadığı sübut olundu".

"Su gibi" proqramında mahnı oxuyan İşıl Çitak qızının Tatlısəsdən olması haqda ilk dəfə olaraq 1988-ci ildə mediada məlumatlar yaymışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31