73 yaşlı müğənni ailə həyatı qurur

Amerikalı müğənni Tina Turner ailə həyatı qurmağa hazırlaşır

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni iyirmi yaş özündən cavan musiqiçi Ervin Baçla münasibətlərini rəsmiləşdirəcək. Yetmişinci illərdə mərhum həyat yoldaşı İke Turnerdən boşanan, bundan öncə belə xoşbəxt olmadığını deyən məşhur jurnalistlərə verdiyi açıqlamada toy mərasiminin bəyin vətəni  İsveçrədə keçiriləcəyini vurğulayıb. Dəniz ətrafında baş tutacaq mərasimə cütlüyün ən yaxın dostları dəvət olunub. Bu toy  digər məşhurlarınkı kimi özünəməxsusluğu ilə yadda qalacaq. Belə ki, toya dəvətli olanlardan həmin gündə ağ geyinmələri tələb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31