Acun: “...yaşadıqlarım yuxu olsun”
“Varmısın, yokmusun?”, “Yetenek sizsiniz” kimi məşhur proqramların aparıcısı olan Acun İlicalı uşaq ikən yaşadığı acı gerçəkliklər haqda danışıb
27 Mart 2013 11:56 MədəniyyətTürkiyənin məşhur teleaparıcısı Acunun valideynləri Bodruma yola düşərkən baş verən ağır yol qəzasında dünyalarını dəyişiblər. Aparıcı valideynlərinin ölüm xəbərini eşitməsi haqda bunları xatırlayır: "Gecənin bir yarısında xəstəxanaya gəldim. Həkimə atam İlknur İlicalını ziyarət etmək üçün gəldiyimi dedim. O, əlindəki dəftəri bir neçə dəfə vərəqləyərək, başını qaldırmadan onların öldüyünü söylədi. Daha sonra anamın adını verdim. Onun da öldüyünü dedi. Allaha əl açıb, yaşadıqlarımın sadəcə bir yuxu olmasını diləyirdim. Bir azdan Bakırköydəki evimizdə oyanıb, bunun yuxudan başqa heç nə olmamasını istəyirdim. Amma olmadı, bu yuxu deyildi". Qeyd edək ki, baş verən ağır yol qəzası zamanı Acunun ögey bacısı qəzadan xilas olub.