"Maşa və Ayı"nın Cırtdanla sərgüzəştləri Bakı səhnəsində

28, 29 mart 2013-cü il tarixlərində saat 13.00, 15.00, 17.00-da Akademik Milli Dram Teatrında “Maşa və Ayı” tamaşası nümayiş olunacaq

Multi-Pulti dünyası" teatrı "Maşa və Ayı" tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. Hazırda nümayiş olunan seriya "Arzular çin olur" adlanır.Teatr layihəsinin birinci mərhələsi Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində böyük müvəffəqiyyətlə realizə olunub. Gürcüstanda tamaşa cəmi 56 dəfə oynanılıb və 28556 nəfər tərəfindən izlənilib.Bakıda nümayiş olunacaq tamaşa məxsusi olaraq Azərbaycan tamaşaçıları üçün hazırlanıb və xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr olunub. Tamaşanın qəhrəmanı - uşaqların sevimlisi dəcəl Maşa Bakıdan qonaq gəlməsini arzulayır və onun arzusu çin olur. Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqında məlumat verir, bayram şirniyyatlarının hazırlanma qaydasını öyrədir. Onlar birlikdə paxlava bişirir, yumurta boyayır, çox əylənirlər.Məşhur cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış edirlər. Tamaşanın quruluşçu rejissoru Qoça Kviça, rolları Maka Tsintsadze (Maşa), Amiran Buidze (Ayı), Niko Kakabadze (Canavar), Tamuna Bedianaşvili (Qartopu), Elnur Əliyev (Cırtdan) və Toğrul Kamalov (Şaxta baba) ifa edirlər. Tamaşa Azərbaycan dilində oynanılır. Maşa rolunu əməkdar artist Məsmə Aslanqızı, Ayını Elnar Qarayev, Canavarı Hikmət Rəhimov, Şaxta babanı Toğrul Kamalov, Cırtdanı Elnur Əliyev səsləndirir. Biletlər hər gün saat 10.00-dan 19.00-a qədər YUĞ Dövlət Teatrının kassalarında satılır. Ünvan: M.Muxtarov 83 (keçmiş Poluxin küçəsi, Akademik Milli Dram Teatrının arxasındakı bina). Əlaqə telefonları: 012 596 45 39, 050 641 96 67 

Layihə ilə bağlı hər hansı məlumat əldə etmək və ya əməkdaşlıq üçün müraciət edə bilərsiniz.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31