“Nazpərinin köməkçisi məni hədələyir”
26 Mart 2013 21:53 Mədəniyyət"Nazpəri Dostəliyevanın köməkçisi məni hədələyir". Bunu "Qafqazinfo"ya açıqlamasında xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərov deyib.O bildirib ki, İlhamə Quliyeva və sənətçi Nazpəri Dostəliyeva arasındakı söz-söhbətlə bağlı KİV-ə verdiyi açıqlamadan sonra Dostəliyevanın köməkçisi Mikayıl Hüseynov martın 23-də, saat 15:28-də onun mobil telefonuna mesaj göndərərək hədələyib: "Hazırda mənim həyatım təhlükə qarşısındadır. Hüquq-mühafizə orqanlarına həyatımın təhlükəsizliyini təmin etmək üçün müraciət edirəm. Onu da deyim ki, yazılı ərizəmi hüquq mühafizə orqanlarına təqdim edəcəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31