Azərbaycanlı milyarderin qapalı ad günü: "Mən onun sevgilisi deyiləm"

Yeni mahnısı "Visal"ın etnik musiqi qrupu Stellamara-nın "Prituri Se Planinata" adlı mahnısının tam bənzəri və plagiatı olduğu iddia edilən türk müğənni Hadise məşhur azərbaycanlı milyarder Mübariz Mənsimovun ad günündə səhnəyə çıxıb.Milli.Az Milliyet-ə istinadən bildirir ki, "Palmali" şirkətlər qrupunun sahibi Mənsimov, sadəcə, yaxın dostlarını dəvət etdiyi ad gününü Bodrumdakı "Hilton" otelində keçirib.Ad gününə media mənsubları buraxılmayıblar.Hadisə adının azərbaycanlı milyarderin sevgilisi kimi çəkilməsinə etiraz edib."Onu yaxşı tanıyıram və otelinin də açılış mərasimində səhnəyə çıxmışdım. Təbii ki, danışırıq, söhbətləşirik. Lakin hər danışdığım adamla sevgi münasibətimin olduğunu iddia etməyin anlamı yoxdur. Tarkan barədə də "Çox yaraşıqlıdır" dedim.Onunla da sevişdiyim deyildi. Əgər aramızda münasibət olarsa, bilin və əmin olun ki, gizlətmərəm. Çünki subayam və kimsəyə də verəcəyim hesabım yoxdur. Bir daha deyirəm ki, mən onun sevgilisi deyiləm", - Hadise deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31