Bakıya gələcək kişi türk sənətçinin ətəkli videoları üzə çıxdı VIDEO
Helal Sezainin geyimi qalmaqala səbəb oldu
19 Mart 2013 12:27 MədəniyyətBakıda konsert konsert proqramı ilə çıxış edəcək türk müğənnisi Halil Sezai ilə bağlı maraqlı faktlar aşkarlanıb. ANS PRESS-in məlumatına görə, sənətçi "Kral Pop Müzik" mükafatının ötən ilki təqdimat mərasimində səhnəyə ətəklə çıxıb. Mükafata layiq görülən Halil Sezainin geyimi o zaman əməlli-başlı qalmaqala səbəb olub. Bütün Türkiyə mətbuatı o zaman sənətçinin ətəyindən yazsa da, qalmaqal hələ də səngimək bilmir.
Sonunda Halil Sezainin söz-söhbətə səbəb olan geyiminin "Aikido" idman növü ilə məşğul olanlara məxsus olan geyimin "hakama" olduğu məlum olub. Uzaq şərq idman növləri ilə məşğul olanların geyindiyi "hakama"nı tanınmış aktyor Steven Seagal və yazıçı Hakan Karahan da geyinib.
Qeyd edək ki, "Hakama" - yaponların ənənəvi geyimi olan ortası bitişik enli şalvardır. Aikidoda sempailər və senseylər tərəfindən məşqlərdə və yarışlarda geyilir. Yüksək nəticəli tələbələrə qəhvəyi rəngdə "hakama" verilir. Hakama 5 önə, 2 arxaya olmaqla 7 qatlamadan ibarətdir və hər bir qatlamanın öz mənası var.
Xatırladaq ki, Halil Sezai 27 Aprel Bakıda Elit Ticarət və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində "Sound Factory Arena"da 2000 nəfərlik konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı Samir Xattab, layihənin rəhbəri isə Elşən Səfərsoydur.