"Elton, Ayaz və Zamiqin səsi bərbaddır" - İTTİHAM

Müğənni Cəmilə qadın müğənnilər arasında özünü ən çox sevilən müğənni hesab edir. Şəxsi "statistikasına" görə, guya Azərbaycanda ən çox dinlənilən müğənni odur. Özünü elitanın starı sayan Cəmilənin fikrinə görə müğənnilər arasında ona yeganə rəqib Röyadır. Kişi müğənnilərə gəldikdə isə, daha da absurd fikir bildirib. Onun dediyinə görə, Azərbaycanda normal kişi səsi ilə oxuyan kişi müğənnilər bu gün yox dərəcəsindədir. Hətta Elton Hüseynəliyev, Ayaz Qasımov və Zamiq Hüseynovun adını çəkərək bildirib ki, onların səsi bərbad və bir-birinə oxşayır. Daha çox isə reper Miri Yusifin ifasını lağa qoyan Cəmilə bildirib ki, o, ifa etməsə yaxşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31