Madonna gecəyə damğasını vurdu
Məşhur müğənni Madonna mükafatların təqdimolunma mərasimlərinin birində CNN televiziyasının xəbər aparıcısı Anderson Kuperlə öpüşüb
18 Mart 2013 17:12 Mədəniyyət"OLAYLAR"ın ingilis mətbuatına istinadən verdiyi məlumata görə, müğənni mükafatı təqdim etdiyi jurnalistlə öpüşərək gecəyə damğasını vurub. Xatırladaq ki, tanınmış müğənni Madonna öncələr də bu "vərdiş"i bir neçə dəfə təkrarlayıb. O, 2003-cü ildə "MTV"mahnı mükafatının təqdimat mərasimində məşhur müğənni Britni Spirs və Kristina Aquleria ilə öpüşərək diqqət mərkəzində olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31