Sənətçilər Novruz bayramını hərbi hissədə qeyd edəcək
18 Mart 2013 13:13 MədəniyyətMart ayının 20-də N saylı hərbi hissədə "İlhamlı Azərbaycana Novruz gəlir" adlı konsert proqramı keçiriləcək. Müğənnilərimizdən əməkdar artist Süleyman Zeynalov, Zeynəb Dostəliyeva, Dəniz Qocayeva, Səbuhi Əliyev, Yaqut Qarabağlı, Ülkər Şahbazova və başqaları Novruz bayramını məhz həmin hərbi hissədə əsgərlərimizlə birgə keçirəcək.
Qeyd edək ki, həmin gün Səbuhi Əliyevlə Ülkər Şahbazovanın lentə aldıqları "Azərbaycan" adlı duet mahnının təqdimatı da olacaq.
Tədbirin informasiya dəstəyi "Olaylar" İA və seda.az. Sənət adamları əsgərlərimizə öz audio kaset və kompakt disklərini də bağışlayacaqlar.
Saat 18:00-da başlayacaq tədbir 21:00-dək davam edəcək ("OLAYLAR").
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31