Abbas Bağırov qarmon hədiyyə etdi
18 Mart 2013 10:06 MədəniyyətMəşhur müğənni Abbas Bağırov "Tanıdım səni" proqramının iştirakçısı Kənan Cəfərova qarmon hədiyyə etdi
"OLAYLAR"ın verdiyi məlumata görə, müğənni "Tanıdım Səni" proqramının yayımlarının birinə münsiflər heyətinin təmsilçisi kimi qatılaraq iştirakçının istedadına heyran olduğunu söyləyib: "Heç vaxt həvəsdən düşmə, kimsəyə də qulaq asma. On ildən sonra bundan da gözəl ifa edəcəyinə inanıram". Abbas daha sonra istedadına bələd olduğu Neftçalanı təmsil edən Kənana qarmon hədiyyə edəcəyinə də söz verib. Ötən proqramda müğənni verdiyi sözün üstündə duraraq öz hədiyyəsini studiyaya göndərib. Qeyd edək ki, hədiyyə edilən bu qarmon Xanlar Cəfərov, Ənvər Sadıqov, Aftandil İsrafilov kimi məşhur ifaçıların ən çox bəyəndiyi qarmonlardan biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31