Handa Yenerle Sinan Akçıl müharibəsi başladı
Uzun müddətdir ki, birgə fəaliyyət göstərən məşhur cütlüyün münasibətləri pozulub
15 Mart 2013 18:06 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sinan Akçıl "Kraliça" albomunun ərsəyə gəlməsində ona dəstək olan müğənni Handa Yenərlələ barışmaq niyyətində deyil. Bu haqda Sinan Akçıl "Tvitter" sosial şəbəkəsində paylaşdığı statusunda yazıb: "Artıq mənə yaxınlaşa da bilməyəcəksən. Səni mükafatlandırmayacağıma əmin ol. Başa düş, məndən əl çək. Bu yazdığım mahnı sözləri yox, sənə ünvanlanan mesajdır". Qeyd edək ki, tərəflər münasibətlərinin davam etdiyi müddətdə sosial şəbəkədə hər zaman bir-birlərinin ünvanına xoş sözlər söyləyib. Hətta onların bu yaxınlığı cütlüyün sevgili olması haqda məlumatların yayılmasına da səbəb olub. Hazırda tərəflər bir-birini "Tvitter"dəki dostluq siyahısından da çıxarıblar.